SİZİN REKLAM BURADA!
055 213 76 73


İranəsilli aktyor Mayk Şuhedin nişanlısını döydüyü görüntülər xarici mətbuata sızıb.

BAKU.WS xarici KİV-ə istinadən xəbər verir ki, o birgə yaşadıqları evdə keçmiş nişanlısı Paulina Ben-Kohenə qarşı şiddət tətbiq edərək onu bərk döyüb.

Bu barədə "Page Six" məlumat yayıb. Paulina məhkəməyə təqdim etdiyi şikayətdə bunu təsdiqini tapan bir çox dəlil və sübutlar yer alıb.

Fotolar həmin materialların arasından mətbuata sızıb. Dəhşətli zorakılıq görüntüləri görənləri şoka salıb.

45 yaşlı qadın nişanlısının cəzalandırılması üçün bütün hüquqi prosedurlardan istifadə edəcəyini açıqlayıb. Cütlüyün davası qəlyan üzərində başlayıb. Daha sonra mübahisə davaya çevrilib və ortaya vahiməli şiddət görüntüləri çıxıb.

BAKU.WS