SİZİN REKLAM BURADA!
055 213 76 73


Qətər Səhiyyə Nazirliyi ölkə ərazisində qəlyan istifadəsinin qadağan edildiyini açıqlayıb.

BAKU.WS xəbər verir ki, Qətər rəhbərliyi yeni növ koronavirus (Covid-19) tədbirləri çərçivəsində restoran və kafelərdə qəlyan istifadəsini qadağan etmək qərarına gəlib.

Səhiyyə Nazirliyinin yazılı bəyanatında qeyd olunur ki, ikinci qərar verilənə qədər ölkədə fəaliyyət göstərən bütün restoran və kafelərdə qəlyan istifadəsi qadağandır.

Qadağaya riayət etməyən fiziki və hüquqi şəxslər sərt şəkildə cəzalandırılacaq.

Qeyd edək ki, bu günə kimi Qətərdə 24 nəfər Covid-19 virusuna yoluxub.

BAKU.WS