SİZİN REKLAM BURADA!
055 213 76 73


"Baykar" tərəfindən hazırlanmış "Bayraktar TB3" pilotsuz uçuş aparatı Türkiyə ASELSAN tərəfindən hazırlanmış yerli Elektro-Optik sistem "ASELFLIR-500" ilə ilk uçuş sınağını müvəffəqiyyətlə tamamlayıb.

BAKU.WS "TRT Haber"ə istinadən xəbər verir ki, "Bayraktar TB3" PUA-sı, Tekirdağın Çorlu rayonundakı AKINCI Uçuş Tədris və Sınaq Mərkəzində keçirilən Orta Hündürlük Sisteminin Tanıma və Performans Testində ilk dəfə olaraq "ASELFLIR-500" ilə uçub.

Sınaq çərçivəsində dünyadakı ekvivalentləri ilə müqayisədə ən yüksək göstəricilərə malik olan "ASELFLİR-500" Elektrik-Optik kəşfiyyat, müşahidə və hədəf təyinetmə sisteminin inteqrasiyası uğurla həyata keçirilib.

PUA "ASELFLIR-500" ilə 6 saat uçuş həyata keçirdiyi 25-ci uçuş sınağını uğurla başa vurub.

Sınaq zamanı təlim uçuşu edən Bayraktar AKINCI TİHA-nı "ASELFLİR-500" də izləyib.

BAKU.WS
VİDEO