SİZİN REKLAM BURADA!
055 213 76 73


“Bayraktar-TB3” pilotsuz uçuş aparatları daha bir sınaq uçuşunu uğurla başa vurub.

BAKU.WS xəbər verir ki, bu barədə Baykar şirkətini İdarə Heyətinin sədri və Texnologiya Lideri Selçuk Bayraktar paylaşım edib.

O, bildirib ki, 9 saat havada qalan TB3 14-cü sınağını tamamlayıb.

“Bayraktar-TB3” pilotsuz uçuş aparatları, qatlana bilən qanad quruluşu ilə TCG Anadolu (gəmi) kimi qısa uçuş-enmə zolağı gəmilərindən qalxıb enmə qabiliyyətinə malik dünyada ilk silahlı pilotsuz uçuş aparatı olacaq. Baykar İdarə Heyətinin sədri və Texnologiya Lideri Selçuk Bayraktar, TCG Anadolu gəmisində “Bayraktar-TB3” üçün sınaqlara 2024-cü ildə başlamağı planlaşdırdıqlarını açıqlayıb.

BAKU.WS
VİDEO