SİZİN REKLAM BURADA!
055 213 76 73


Türkiyə Müdafiə Sənayesi Nazirliyinin rəhbərliyi ilə həyata keçirilən "Akıncı" layihəsi çərçivəsində Baykar tərəfindən milli və yerli olaraq inkişaf etdirilən Pilotsuz Uçuş Aparatı (PUA) Bayraktar "Akıncı" TİHA yeni yerli istehsal sursat və sistemlərin inteqrasiyası uğurla davam edir.

BAKU.WS Türkiyə mediasına istinadən xəbər verir ki, Bayraktar "Akıncı", "Roketsan" tərəfindən milli olaraq hazırlanmış "Çakır" qanadlı raketi ilə növbəti atış sınağını uğurla başa vurdu.

29 fevral 2024-cü il cümə axşamı günü Tekirdağın Çorlu rayonundakı AKINCI Uçuş Tədris və Sınaq Mərkəzindən qanadı altında "Çakır" raketi ilə havaya qalxan Bayraktar "Akıncı", uzaq mənzilli atış sınağı keçirmək üçün Sinop şəhərinə doğru yola çıxıb.

Bayraktar "Akıncı" tərəfindən Sinop Atış Bölgəsində 100 kilometr məsafədən atılan "Çakır" qanadlı raketi Qara dənizdəki hədəfi tam dəqiqliklə vurub.

Atış testində 800 km/saat sürətə çatan Çakırın hədəfini vurduğu anlar böyük həyəcanla izlənilib.

BAYKAR Texnologiya İdarə Heyətinin sədri Səlcuq Bayraktar sosial media hesabında bunları paylaşıb:

"Türk aviasiyasının qızıl çağı... "Akıncı" "Roketsan" tərəfindən hazırlanmış milli qanadlı raket "Çakır"a inteqrasiya edilmiş axtarış başlığı ilə ilk atış sınağını müvəffəqiyyətlə tamamladı".

Xatırladaq ki, Prezident İlham Əliyev və Baykar İdarə Heyətinin sədri Səlcuq Bayraktar 2024-cü il fevralın 9-da Azərbaycan inventarına daxil olan Bayraktar AKINCI TİHA-nın ilk uçuşunu izləyiblər.

BAKU.WS
VİDEO