SİZİN REKLAM BURADA!
055 213 76 73


Türkiyədə ağır-yol nəqliyyatı hadisəsi baş verib.

BAKU.WS "TRT Haber"ə istinadən xəbər verir ki, qəza Hatayın Dörtyol rayonunda qeydə alınıb.

Dörtyol-Payas avtomobil yolunda K. Şükrünün idarə etdiyi yük maşını qarşı zolağa keçərək Mehmet Sönmezin idarə etdiyi avtomobilə çırpılıb.

İlkin məlumata görə, baş verən qəzada eyni ailədən 6 nəfər ölüb, 1 nəfər isə yaralanıb.

Əraziyə çox sayda sağlamlıq, polis və xilasetmə qrupu cəlb edilib.

Yaralı təcili yardımla Dörtyol Dövlət Xəstəxanasına aparılıb.

TIR sürücüsü K. Şükrü adlı şəxs saxlanılıb.

BAKU.WS
QALEREYA