SİZİN REKLAM BURADA!
055 213 76 73


Türkiyənin Manisa şəhərinin Şehzadeler rayonunda ağır yol-nəqliyyat hadisəsi baş verib.

BAKU.WS Türkiyə mediasına istinadən xəbər verir ki, yol qəzasında 5-i ağır olmaqla 17 nəfər yaralanıb.

Məlumata görə, fabrik işçilərini daşıyan mikroavtobus zibil maşınına çırpılıb.

Hadisə yerinə tibb, polis və yanğınsöndürmə briqadaları cəlb edilib.

Mikroavtobusunda sıxışan bəzi yaralılar xilasetmə qrupları tərəfindən çıxarılıb.

17 yaralı təcili yardımla ətrafdakı xəstəxanalara göndərilib.

Onlardan 5-nin vəziyyətinin ağır olduğu bildirilib.

Qəza ilə bağlı araşdırmalar davam edir.

BAKU.WS
QALEREYA