SİZİN REKLAM BURADA!
055 213 76 73


Türkiyənin Van vilayətinin Gevaş rayonunda mikroavtobus aşıb.

BAKU.WS "TRT Haber"ə istinadən xəbər verir ki, Atalan Məhəlləsində mikroavtobus təkərin partlaması nəticəsində yol kənarına aşıb.

Hadisədə 2-si ağır olmaqla 14 nəfər yaralanıb.

Əraziyə tibbi heyət, jandarma və Van Böyükşəhər Bələdiyyəsi Xilasetmə İdarəsinin qrupları cəlb edilib.

Yaralılar tibbi qrupların müdaxiləsindən sonra şəhərdəki xəstəxanalara aparılıb.

BAKU.WS