SİZİN REKLAM BURADA!
055 213 76 73


Türkiyədə 12 nəfərin ölümü ilə nəticələnən ağır yol qəzası baş verib.

BAKU.WS Türkiyə mediasına istinadən xəbər verir ki, hadisə Yozgat vilayətinin Sorgun rayonunda qeydə alınıb.

Sivasdan İstanbula doğru hərəkət edən sərnişin avtobusu qarşı yol çıxaraq dərəyə aşıb.

Məlumata görə, qəza nəticəsində 12 nəfər ölüb, 19 nəfər yaralanıb.

Hadisə yerinə sağlamlıq qrupları, polis və jandarma cəlb edilib.

Yozgat və Sorgun rayonlarındakı xəstəxanalara çatdırılan 19 yaralıdan birinin vəziyyətinin ağır olduğu bildirilir.

Faktla bağlı araşdırma aparılır.

BAKU.WS
QALEREYA