SİZİN REKLAM BURADA!
055 213 76 73


Bir neçə gün əvvəl sosial şəbəkədən əlil arabasında fotosunu paylaşan aktrisa Berna Laçin əməliyyat olunub.

BAKU.WS Türkiyə KİV-ə istinadən xəbər verir ki, onurğasındakı problem səbəbilə əməliyyata alınıb.

9 saat çəkən ağır proses zamanı həkimlər indiyə qədər rast gəlmədikləri bir yenilikə qarşılaşıblar.

Bu barədə aktrisanın əməliyyatını həyata keçirən həkim professor Azmi Hamzaoğlu məlumat verib:

"Əməliyyat 9 saat çəkdi və çox çətin proses idi. Belindəki disk, onurğaların arasından çıxıb onurğa qişasını yırtmışdı və içəri girmişdi, orada qalaraq daha da bərkimişdi. Buna görə də əməliyyat çox uzun çəkdi. Onları təmizləyib götürdük, onurğaya plitə bağladıq. Çox, çox nadir hallarda rast gəlinən bir hadisədir, biz bunu dərs olaraq da universitetlərdə tədris edəcəyik. O, xəstəxanada bir həftə və ya on gün qalacaq ki, onurğası düzəlsin. Ayağa qalxmamalıdır,  tam bərpa olunmalıdır. Əməliyyat çox uğurlu keçdi".

Xatırladaq ki, aktrisa əməliyyatı səbəbilə bütün çəkilişlərini ləğv edib. 

BAKU.WS