Odessada silsilə partlayışlar: Zelenskinin korteji şəhərdə görünüb

Odessada silsilə partlayışlar: Zelenskinin korteji şəhərdə görünüb
Siyasət 1

Ukrayna prezidenti Volodimir Zelenskinin səfər etməyi planlaşdırdığı Odessada martın 6-da günorta saatlarında partlayış baş verib.

Ukrayna mətbuatı xəbər verir ki, martın 6-na keçən gecə və gündüz Odessada silsilə partlayışlar qeydə alınıb.

Bəzi məlumatlara görə, ölkə başçəısı Volodimir Zelenski şəhərdə ola bilər. O, Yunanıstanın baş naziri Kiriakos Mitsotakislə görüşməli idi.

“Politika stranı" nəşrinin yazdığına görə, Ukrayna prezidentinin korteji Odessada görünüb. Hələlik Zelenskinin özündən və ofisindən rəsmi məlumat verilməyib.

Bu arada Yunanıstanın "newsit.gr" portalı Mitsotakisin bir neçə saat əvvəl Ukraynaya getdiyini yazıb. Mövcud məlumata görə, Mitsotakisin Zelenski ilə görüşü Odessada baş tutacaq, səfər barədə əvvəlcədən məlumat verilməyib.

Daha sonra Yunanıstanın baş naziri Avropa Xalq Partiyasının (APP) konfransında iştirak etmək üçün Buxarestə səfər etmək niyyətindədir.

Son xəbərlər