SİZİN REKLAM BURADA!
055 213 76 73


ABŞ-nin “Neuralink” neyrotexnologiya şirkətinin qurucusu İlon Mask ilk dəfə olaraq insana "beyin çipi"nin yerləşdirildiyini açıqlayıb.

BAKU.WS xəbər verir ki, o, bu barədə X sosial media hesabındakı paylaşımında bildirib.

Bərpa prosesinin yaxşı getdiyini deyən Mask, ilk nəticələrin "ümid verici" olduğunu vurğulayıb.

Mask, ilk Neuralink məhsulunun adının "Telepatiya" olduğunu, telefon və ya kompüter və demək olar ki, hər bir cihazın idarəsini onlar vasitəsilə yalnız düşünərək təmin etdiyini söyləyib.

İlk istifadəçilərin əzalarını istifadə etmə qabiliyyətini itirmiş insanlar olacağını qeyd edən Mask, "Təsəvvür edin ki, Stiven Hokinq sürətli məmur və ya hərracçıdan daha sürətli ünsiyyət qura bilir. Məqsəd budur".

Neuralink, 2023-cü ilin may ayında beyin çipi layihəsinin insan sınaqlarına başlamaq üçün ABŞ Qida və Dərman İdarəsindən (FDA) razılıq alındığını açıqlayıb.

Qeyd edilib ki, əvvəllər meymunlar üzərində sınaqdan keçirilən çiplər beyindəki siqnalları uğurla şərh edərək cihazlara ötürüb.

Mask və bir qrup mühəndis tərəfindən 2016-cı ildə qurulan Neuralink beyinə yerləşdiriləcək mikroçiplər sayəsində iflic və korluq kimi nevroloji xəstəlikləri müalicə etmək və əlillərin həyat keyfiyyətini yaxşılaşdırmaq məqsədi daşıyır.

BAKU.WS