SİZİN REKLAM BURADA!
055 213 76 73


23 yaşlı Kristina və əri nə az, nə çox 11 uşaq böyüdürlər. Bu ailənin hekayəsi tamamilə fərqlidir. 

BAKU.WS xarici mətbuata istinadən xəbər verir ki, Kristina, bütün qızlar kimi, mehriban ailə arzusunda idi. O, ilk dəfə 17 yaşında ana olub.

Təəssüf ki, sevgilisi ilə münasibətləri normal getməyib və cütlük ayrılıb. Bununla belə, Kristina heç nədən peşmanlıq duymayıb və körpəsini əlindəki ən qiymətli şey hesab edib.

Gənc ana tətildə bir kişi ilə tanış olub. Siz bunu simpatiya və ya ilk baxışdan sevgi adlandıra bilərsiniz - lakin onlar tezliklə bir-birləri üçün yaradıldıqlarını başa düşüblər. Eyni zamanda, yeni sevgilisi Kristinanın körpəsinin olmasından heç utanmayıb və məyus olmayıb. Əksinə, o, bir dəfə Kristinaya etiraf edib ki, uşaqlara pərəstiş edir və böyük bir ailənin xəyalını equrur. 

Bununla belə, cütlük əkiz və ya üçəmlərin doğulmasının çox nadir bir hadisə olduğunu başa düşdürdü. Onlar ailədəki uşaqların yaş etibarı ilə bir-birinə yaxın olmasını, yaxşı dost ola bilmələrini istəyirdilər. Kristinanın yeni əri ona surroqat anaların xidmətinə müraciət etməyi təklif edib, çünki o, yaxşı qazanır və maddi imkanı buna cavab verir.

Bu yolla ailədə daha 10 uşaq dünyaya gəlib. Onların hamısını Kristina özü dünyaya gətirməsə də, bütün uşaqlar əziz və sevimlidir. Təbii ki, gənc anaya bir neçə dayə kömək edir. Yeri gəlmişkən, boş vaxtlarında ər uşaqlara baxmağı xoşlayır və bəzi ev işlərinin öhdəsindən gələ bilir.

Cütlük daha çox uşaq dünyaya gətirməyi planlaşdırır. 

BAKU.WS
QALEREYA