SİZİN REKLAM BURADA!
055 213 76 73


Türkiyənin Bodrum şəhərində cəsədi tapılan ukraynalı Kristina Novyatskanın əslində intihar etdiyi məlum olub.

BAKU.WS xəbər verir ki, 25 yaşlı Kristinanın əlləri qandallı və ağzı bağlı, başına torba keçirilmiş meyiti tapılıb.

Bu hadisədən sonra polislər araşdırmağa başlayıblar. İlk versiya kimi hadisənin qətl olduğu ehtimal edilirdi. Lakin aparılan araşdırmalardan sonra Kristinanın intihar etdiyi məlum olub.

Məhkəmədə ifadə verən Kristinanın anası bildirib ki, əvvəldən qızının psixoloji problemləri olub.

Məhkəmə cinayət işinə xitam verib.

BAKU.WS
VİDEO

QALEREYA