SİZİN REKLAM BURADA!
055 213 76 73


Rusiyada fəaliyyət göstərən "Qanuni oğrular" təşkilatının rəhbəri Şamil Əmirov Türkiyə polisinin İstanbulda keçirdiyi "Qəfəs-15" əməliyyatı ilə tutulub. 

BAKU.WS xəbər verir ki, bu barədə Türkiyənin Daxili işlər naziri Ali Yerlikaya bildirib. 

İnterpol tərəfindən "mavi bülleten"lə axtarışda olan Şamil Əmirovun İstanbulun Sarıyer məhəlləsində yaşadığı müəyyən edilib və keçirilən əməliyyatla yaxalanıb. 

Qeyd edək ki, Şamil Əmirov dələduzluq və cinayətkar şəbəkə yaratmaqda ittiham olunur. 

BAKU.WS