SİZİN REKLAM BURADA!
055 213 76 73


HƏMAS-ın hərbi qanadı olan "Əl-Qəssam" Briqadası 19 yaşlı israilli məhbusun videosunu yayıb.

BAKU.WS xarici mətbuata istinadən xəbər verir ki, gənc qadının “Ölməkdən qorxuram, lütfən dayanın” dediyi videonun sonunda onun cansız bədəninin fotosu yer alıb.

Briqada sözçüsü Əbu Ubeyde gənc məhbusun İsrailin hücumunda həyatını itirdiyini açıqlayıb.

Qeyd edək ki,HƏMAS-ın silahlı qanadı İzzəddin əl-Qəssam Briqadaları oktyabrın 7-də səhər saatlarında İsrailə qarşı “Əqsa tufanı” adlı hərtərəfli əməliyyata başlayıb. İsrail ordusu da onlarla döyüş təyyarəsi ilə Qəzza zolağına qarşılıq verib. Daha sonra isə tərəflər arasında quru əməliyyatlarına da başlanılıb.

BAKU.WS
VİDEO