SİZİN REKLAM BURADA!
055 213 76 73


Türkiyədə, Kocaelinin İzmit rayonunda musiqiçi Derya Bedavacının çıxış etdiyi əyləncə məkanına silahlı hücum olub.

BAKU.WS Türkiyə KİV-ə istinadən xəbər verir ki, xoşbəxtlikdən hücum zamanı xəsarət alan olmayıb.

Hadisədən sonra polis araşdırmalara başlayıb.

Məlumata görə, məkanda olan iki gənc sərxoş olduqları üçün digər müştəriləri narahat edib.

Ardınca 2 gənc təhlükəsizlik əməkdaşları tərəfindən məkandan uzaqlaşdırılıb. Qəzəbli gənclər park edilmiş avtomobillərindən götürdükləri silahlarla ətrafa hücum ediblər. Onlar sağa-sola təsadüfi atəş açaraq məkana daxil olmağa çalışıblar.

Təhlükəsizlik və işçilər şəxslərin içəri girməsinə icazə verməyərək polislərə xəbər verib. Şübhəlilər hadisə yerindən qaçmağa çalışsalar da, onları təqib edib, hücum edənləri yaxalayıb.

BAKU.WS
QALEREYA