SİZİN REKLAM BURADA!
055 213 76 73


Noyabrın 1-də saxlanılan və haqlarında həbs qərarı verilən türkiyəli sosial media fenomeni Dilan Polat və iş adamı həyat yoldaşı Engin Polata qarşı əməliyyatla bağlı yeni detal üzə çıxıb.

BAKU.WS bu barədə Türkiyə mediasına istinadən xəbər verir.

Bildirilib ki, Engin və Dilan Polata qarşı keçirilən əməliyyatda saxlanılan vəkil Ahmet Gün etirafında özünə aid olan vələğv olunan 5 şirkətindən birindən Dilan Polata məxsus şirkətə müxtəlif vaxtlarda real mal alqı-satqısı aparılmadan təxminən 300 milyon lirəlik saxta hesab-fakturalar təşkil edib.

O, müxtəlif vaxtlarda 98 milyon 657 min, 25 milyon 337 min lirə, 20 milyon, 150 milyon və 29 milyon lirəlik saxta hesab-fakturalar verdiyini açıqlayıb.

Xatırladaq ki, Dilan Polatın bacısı Sıla Doğu, Engin Polatın qardaşı Kürşat Polat, mühasib Beyza Ekici də saxlanılanlar arasındadır.

İlkin məlumata əsasən, onlar çirkli pulların yuyulmasında ittiham olunurlar. Bildirilir ki, Anadolu Baş Prokurorluğu Engin Polat və Dilan Polat haqqında "Cinayətdən əldə edilən gəlirlərin yuyulmasının qarşısının alınması, Vergi Prosessual Qanunu ilə futbol və digər idman yarışlarında mərc və şans oyunlarının tənzimlənməsi" cinayətlərinə görə istintaq başladıb, onlara məxsus şirkətlərdə aparılan axtarışlar zamanı rəqəmsal materiallar və noutbuklar götürülüb.

Bir müdddət öncə Dilan Polatla ərinin var-dövləti müsadirə edilib. İkiliyə, həmçinin ölkəni tərk etmək qadağası qoyulub. Bundan əlavə, onların birinci və ikincidərəcəli qohumlarının da əmlakı müsadirə edilib.

Cütlük Türkiyədə və bir çox ölkələrdə gözəllik salonları şəbəkəsinə sahibdir, həmçinin kosmetik məhsulların istehsalı ilə məşğul olurlar. Onların iki övladı var.

BAKU.WS