SİZİN REKLAM BURADA!
055 213 76 73


Saxlanılan Dilan Polat və Engin Polat cütlüyünün lüks avtomobillərini polis bölməsinə gətirən evakuatorun seriyası “DP” olub.

BAKU.WS haberler.com-a istinadən xəbər verir ki, cütlüyün 14 lüks avtomobili evakuatorlarla İstanbul Polis İdarəsinə gətirilib.

Cütlüyə məxsus avtomobillərdən bəzilərinin dövlət nömrə nişanları belədir:

22 milyon TL dəyərində olan “Range Rover” markalı avtomobilin dövlət nömrə nişanı "EP 0088"dir.

Dəyəri 22 milyon olan başqa bir "Range Rover" "DP 0088" nömrə nişanına malikdir.

15 milyonluq “Mercedes G” yolsuzluq avtomobilinin dövlət nömrə nişanı "DP 8800"dür.

17 milyonluq "Porsche Panamera" avtomobilinin dövlət nömrə nişanı "EP 1998"dir.

Dəyəri 45 milyon olan "Ferrari 296" avtomobilinin dövlət nömrə nişanı "34 EDP 034"dür.

Xatırladaq ki, sosial mediada paylaşdıqları videolardan sonra məşhurlaşan Dilan Polat və Engin Polat cütlüyü keçirilən əməliyyatla saxlanılıb. Malları müsadirə edilən Polat cütlüyü ilə bağlı çirkli pulların yuyulması iddiaları gündəmə gəlib.

BAKU.WS
QALEREYA