SİZİN REKLAM BURADA!
055 213 76 73


Çirkli pulların yuyulması və vergidən yayınma iddiaları ilə gündəmə gələn Engin və Dilan Polat cütlüyünə qarşı başladılan istintaqın ardından Türkiyə daxilində gözəllik mərkəzləri nəzarətə götürülüb.

BAKU.WS "Haberler.com"a istinadən istinadən xəbər verir ki, iş adamları onların tez-tez yoxlanıldığını və qəfil reydlər edildiyini bildiriblər.

İstanbul Anadolu Respublika Baş Prokurorluğu tərəfindən aparılan istintaq çərçivəsində cütlüyə aid 22 milyon 372 min TL ələ keçirilib.

Polat cütlüyünün bir gözəllik mərkəzi və kosmetik vasitələri satan şirkətə sahib olması onların diqqətlərinin Türkiyə daxilində başqa işlərə yönəlməsinə səbəb olub.

Gözəllik mərkəzinin operatoru Şebnem Dəmir, Polat cütlüyündən sonra gözəllik mərkəzlərinin ciddi nəzarətə alındığını ifadə edib:

"15 ildir bu sahədə fəaliyyət göstəririk. Akademik heyətimizlə təlimlər veririk. Hətta həkimlərə də təhsil veririk. Dilan Polatın gözəllik mərkəzləri ilə əlaqədar son hadisələrlə bağlı digər Gözəllik mərkəzləri də şübhə altına düşüb. Gözəllik mərkəzləri tez-tez yoxlama reydlərinə məruz qalır və bu, sahibkarları narahat edir".

Xatırladaq ki, Dilan Polat həyat və yolaşı Enginin Polatın bütün mülkləri müsadirə edilib, cütlüyün xaricə çıxışına da qadağa qoylub.

Məlumat üçün bildirək ki, cütlük Türkiyədə və bir çox ölkələrdə gözəllik salonları şəbəkəsinə sahibdir, həmçinin kosmetik məhsulların istehsalı ilə məşğul olurlar. Onların iki övladı var.

Dilan Polatın sonuncu dəfə qatıldığı proqramda qızıl tozu qatdığı qəhvəni içməsi, eləcə də bəzən hər hansı ticarət mərkəzində gün ərzində 750 min lirə xərcləməsini və hər ay 1 milyon lirəlik yardım etməsini açıqlaması sosial şəbəkələrdə böyük müzakirələrə səbəb olub, bunun ardınca Maliyyə Cinayətlərini İstintaq Şurası (MASAK) hərəkətə keçib.

BAKU.WS