SİZİN REKLAM BURADA!
055 213 76 73


Türkiyədə Kıvanç Tatlıtuğun baş rolda çəkildiyi “Ailə” serialının dünən axşam yayımlanan bölümündə Engin və Dilan Polat ailəsinə qarşı vergidən yayınma və çirkli pulların yuyulması iddialarına reaksiya göstərilib.

BAKU.WS Türkiyə mətbuatına istinadən xəbər verir ki, serialda Tatlıtuğun canlandırdığı Aslan obrazı işlədiyi şəxslərə "Pulunuzu insanların gözünə soxmayın, olanlar var, olmayanlar var. Ac olanlar da var. Gözəl videolar çəkin paylaşın, ağlaq videolar qoyun, sonra problemə düşməyin" deyib.

İnstaqramda sürətlə yayılan videonu görən Dilan Polat səssiz qala bilməyib. Günlərdir ona qarşı irəli sürülən ittihamları qətiyyətlə təkzib edib:

"Çox ayıb olsun. Bizi həyatımıza daxil olmayan şeylərlə ittiham edirlər və seriala çəkirlər. Allah bildiyini etsin".

Xatırladaq ki, ötən gecə türkiyəli sosial media fenomeni Dilan Polat və həyat yoldaşı Engin Polat saxlanılıb.

Polat cütlüyündən başqa, ailə üzvləri də daxil olmaqla bir çox şübhəli şəxs nəzarətə alınaraq sağlamlıq yoxlamasından keçirildikdən sonra polis bölməsinə aparılıb.

BAKU.WS
VİDEO

QALEREYA