SİZİN REKLAM BURADA!
055 213 76 73


Fələstinin "Paltel" şirkəti Qəzza zolağında bütün telefon və internet kommunikasiyalarının tamamilə dayandırıldığını elan edib.

BAKU.WS xəbər verir ki, bu barədə "Paltel" şirkəti məlumat yayıb. 

"Biz Qəzza zolağında bütün rabitə və internet xidmətlərinin tamamilə dayandırıldığını elan etməkdən təəssüflənirik. Əvvəllər bərpa edilmiş beynəlxalq rabitə yenidən bağlanıb",-deyə müraciətdə qeyd olunub. 

Şirkət rabitənin kəsilməsinin səbəblərini hələlik açıqlamayıb.

Buna qədər Fələstinin rəqəmsal və sosial hüquqlarını müdafiə edən QHT olan "Sada Social" oktyabrın 27-də açıqlamışdı ki, İsrail “internet və rabitə şəbəkələrinə çıxışı təmin edən beynəlxalq müqavilələrə baxmayaraq” Qəzzada həm simli, həm də mobil rabitəni kəsib. Oktyabrın 31-də dünya təşkilatları Qəzza zolağında qalanlarla əlaqə saxlaya bilməməkdən narahat olduqlarını bildirdikdən sonra rabitə bərpa olunmuşdu.

BAKU.WS