SİZİN REKLAM BURADA!
055 213 76 73


İsrailin dövlət televiziyası KAN İsrail ordusunun Qəzza zolağında quru əməliyyatı üçün hazırlıqlarını tamamladığını açıqlayıb.

BAKU.WS xəbər verir ki, KAN-ın məlumatında Qəzza ilə sərhəd bölgədə İsrail ordusu ilə fələstinli qruplar arasında 3 gündür qarşıdurma olmadığı bildirilib.

Məlumatda bildirilib ki, qüvvələrin hərəkəti və mövqeləri də daxil olmaqla bütün dəyişikliklər İsrail ordusunun Qəzza zolağına daxil olmaq üçün hazırlıqlarını tamamladığını göstərir.

Qəzzada həyata keçiriləcək quru əməliyyatı qarşıdurmalarda ikinci mərhələ olacaq.

Qeyd edək ki, 7 oktyabrda HƏMAS və "İslami-Cihad" hərəkatının İsrailə kütləvi hücumu baş verib. Nəticədə yüzlərlə israilli ölüb və yaralanıb, həmçinin girov götürülüb. Daha sonra İsrail ordusu “Dəmir Qılınclar” adlanan antiterror əməliyyatına start verib.

BAKU.WS
VİDEO

QALEREYA