SİZİN REKLAM BURADA!
055 213 76 73


Türkiyədə dəhşətli yol qəzası baş verib.

BAKU.WS Türkiyə KİV-ə istinadən xəbər verir ki, Giresunun Espiye bölgəsində yaşanan qəza zamanı "Jeep" markalı maşın dərəyə aşıb.

Hadisə yerinə polis, yanğınsöndürən və təcili yardım briqadası cəlb edilib.

Özcan Şen adlı sürücünü idarə etdiyi avtomboilin 150 metr yüksəklikdən dərəyə aşdığı bildirilib.

49 yaşlı Şen hadisə yerində keçinib. Onun meyiti avtomobildən çıxarılaraq Espiye Dövlət Xəstəxanasına aparılıb.

Qəza ilə bağlı araşdırma aparılır. 

BAKU.WS