SİZİN REKLAM BURADA!
055 213 76 73


İsrail hərbçiləri Qəzza bölgəsində HƏMAS-ın Şimal batalyonunun komandiri Taysir Mubaşeri öldürüb.

Trend xəbər verir ki, bu barədə İsrail Müdafiə Ordusunun nümayəndəsi Daniel Xaqari brifinqdə deyib.

Məlumata görə, HƏMAS-ın Şimal batalyonunun komandiri Taysir Mubaşer Xan Yunis şəhərində İsrail əsgərləri tərəfindən öldürülüb. Mubaşerin keçmişdə HƏMAS hərbi dəniz qüvvələrinə rəhbərlik etdiyi və silah istehsalı zəncirində bir sıra vəzifələrdə çalışdığı deyilir.

Qeyd edək ki, oktyabrın 7-də İsrailə hücumlar olunub. Əvvəlcə Qəzza bölgəsindən reaktiv mərmilərlə kütləvi atəş açılıb, daha sonra döyüşçülər əraziyə qurudan, havadan və sudan daxil olublar. İsrail müharibə vəziyyəti elan edib. Bundan başqa, İsrailin müdafiə naziri Yoav Qallant ehtiyatda olan hərbçilərin kütləvi çağırışını elan edib.

BAKU.WS