SİZİN REKLAM BURADA!
055 213 76 73


Türkiyənin Van vilayətinin Başkale rayonundan 77 kilometr aralıda 4,0 bal gücündə zəlzələ baş verib.

BAKU.WS xəbər verir ki, məlumatı Türkiyənin Fövqəladə Halların İdarə Olunması Agentliyi (AFAD) yayıb.

Qeyd olunur ki, zəlzələ Mərənd, Şərqi Azərbaycan (İran) - Başkale (Van) ərazisində olub.

Türkiyə vaxtı ilə saat 09.05-də qeydə alınan zəlzələ yerin 7 kilometr dərinliyində baş verib.

BAKU.WS