SİZİN REKLAM BURADA!
055 213 76 73


Türkiyənin Adana şəhərində iki qardaş güllələnib. Məlumata görə, qardaşlardan biri ölüb, digəri isə yaralanıb.

BAKU.WS bu barədə Türkiyə mediasına istinadən xəbər verir.

İddiaya görə, Serkan və Erkan adlı iki qardaş borc məsələsinə görə qohumları Ç. Sametin evinə gediblər.

Qohumlar arasında yaranan mübahisə qısa zamanda davaya çevrilib. Ç. Samet ov tüfəngi ilə qardaşlara atəş açıb.

Əraziyə polis və tibb qrupları cəlb edilib.

Erkan Gelen xəstəxanada edilən bütün müdaxilələrə baxmayaraq dünyasını dəyişib.

Ağır yaralanan böyük qardaş Serkan Gelenin müalicəsi davam edir.

Hadisə yerindən qaçan Samet cinayət aləti ilə birgə əraziyə yaxın yerdə tutulub.

BAKU.WS