SİZİN REKLAM BURADA!
055 213 76 73


Türkiyədə qandonduran cinayət baş verib.

BAKU.WS xəbər verir ki, Antalyada itkin düşən 14 yaşlı qızın meyiti bina tikilən ərazilərdən birində tapılıb.

Araşdırmalar zamanı məlum olub ki, Dilanur Şatır adlı 14 yaşlı qız öldürülməmişdən əvvəl zorlanıb. Onun öldürülməmişdən əvvəl spirtli içki içdiyi müəyyən olub. Sonra sərxoş qız zorlanaraq bakirəliyini itirib. Daha sonra isə döyülərək qətlə yetirilib. Sonradan onun meyiti tikinti gedən əraziyə atılıb.

Polisin axtarışlarından sonra hadisəni törədən 19 yaşlı Erdoğan Ç. müəyyən olunaraq saxlanılıb.

Bu hadisə Türkiyədə etirazlara səbəb olub. Məsələ sosial şəbəkələrdə uzun-uzadı müzakirə olunub. Çoxsaylı sosial şəbəkə istifadəçisi qatilə şiddətli cəza verilməsini tələb edib.

Gənc qızın meyiti isə torpağa tapşırılıb.

BAKU.WS