SİZİN REKLAM BURADA!
055 213 76 73


Türkiyədə 5 nəfərin ölümü, 5 nəfərin isə yaralanması ilə nəticələnən ağır qəza baş verib. 

BAKU.WS haberler.com-a istinadən xəbər verir ki, hadisə Qaziantepin Nizip və Şanlıurfanın Birecik rayonları arasındakı magistral yolda qeydə alınıb.

Qəza zamanı sərnişin mikroavtobusu ilə yük maşını toqquşub. Qəza nəticəsində 5 nəfər ölüb, 5 nəfər yaralanıb.

Hadisə yerinə çoxlu sayda təcili yardım və yanğınsöndürmə briqadaları göndərilib. Hazırda ərazidə ilk yardım qruplarının işi davam edir. Qəzanın ardından Şanlıurfa-Qaziantep istiqaməti quru yolu nəqliyyata bağlanıb.

BAKU.WS
QALEREYA