VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Türkiyənin Kocaeli bölgəsində rəfiqəsinin evində ölü tapılan gənc qız haqqında dəhşətli faktlar ortaya çıxıb.

BAKU.WS “haberler.com”a istinadən xəbər verir ki, 21 yaşı olan Öykü Yündün 13 yaşından indiyə qədər 29 şəxs tərəfindən cinsi istismara məruz qalıb.

Rəfiqəsi polisə verdiyi ifadəsində bildirib ki, hadisə baş verməzdən əvvəl Öykü onun evinə gəlib. Gecə rəfiqəsi işə getmək üçün evdən çıxıb və səhər qayıdanda onu ölü tapıb. Dərhal polis və təcili yardım çağırıb. Mərhumun nəşi evdən çıxarılaraq ekspertizaya göndərilib.

Öykünün rəfiqəsi qətldə şübhəli bilinərək polis şöbəsinə aparılıb. O, cinayəti törətmədiyini söyləyib. 

Araşdırmalar zamanı gənc qızın məktəb illərindən sinif yoldaşları tərəfindən dəfələrlə cinsi istismara məruz qaldığı haqda məlumat ortaya çıxıb. Buna görə axtarışlara başlanılıb, 29 nəfər polis tərəfindən nəzarətə götürülüb. Onlardan 19-u sərbəst buraxılsa da, 10 nəfər haqqında həbs qətimkan tədbiri görülüb.

Həmin şəxslərə məhkəmənin qərarı ilə 3 ildən 12 ilə qədər həbs cəzası verilib.

BAKU.WS
VİDEO

QALEREYA