SİZİN REKLAM BURADA!
055 213 76 73


ABŞ-də restoranlardan birində qəribə hadisə yaşanıb.

BAKU.WS "Nyu-York Post"a istinadən xəbər verir ki, məkanlardan birində xanımla yemək yeyən kişi hesabı gördükdən sonra ordan qaçıb.

O bunu etmək üçün xanıma ayaqyoluna getdiyini deyib və aradan çıxıb. Restorana gələn zaman cütlüyə menyudakı dəniz yeməkləri təqdim edilib.

Qadın 50-yə yaxın midya sifariş edib. Kişi isə sadəcə bir içki sifariş edib.

Hesabın çox olduğunu gördükdə isə restorandan gedib. Qadın hesabı təkbaşına ödəməli olub. Daha sonra həmin kişi xanıma mesaj yazaraq üzrxahlıq edib. 

BAKU.WS