SİZİN REKLAM BURADA!
055 213 76 73


Türkiyənin Tarsus bölgəsində qəribə olay yaşanıb. 

BAKU.WS xəbər verir ki, fermerlərdən biri Qurban bayramı üçün satışa çıxarılan inəyə içki şüşəsində maye içirdib. Həmin görüntüləri lentə aldıran fermer daha sonra sosial şəbəkədə, "İçərəm, kimə nə? Sərxoşam, sənə nə?", - sözlərini yazaraq videonu paylaşıb. 

Həmin görüntülər sosial platformalarda yayılaraq viral olub. İnsanların haqlı narazılığına və qəzəbinə səbəb olan videonun harada çəkildiyi araşdırılıb. 

Daha sonra, Tarsus kənd təsərrüfatı və meşə təsərrüfatı idarəsinin əməkdaşları həmin əraziyə yollanıb.

Aparılan araşdırmalar zamanı içki şüşəsinin içərisindəkinin spirtli içki deyil, heyvanlara verilən maye dərman olduğu aşkarlanıb. Bu səbəbdən də inəklə görüntləri yayılan fermerə heç bir cəza verilməyib. 

Oradakı digər fermerlər heyvanların plastik şüşələri asanlıqla əzdiyindən, onlara dərmanları şüşə qablarda verdiklərini bildiriblər. 

BAKU.WS
VİDEO