SİZİN REKLAM BURADA!
055 213 76 73


Kanadalı Mayk Cek rekord müddətdə 50 acı bibər yeməyi bacardığı üçün Ginnesin Rekordlar Kitabına düşüb. 

BAKU.WS xarici mətbuata istinadən xəbər verir ki, Maykla 50 Karolina Əzrayılı (Carolina Reaper) sortundan olan bibərləri yemək üçün 6 dəqiqə 49,2 saniyə lazım olub.

Bu tərəvəz Ginnesin Rekordlar Kitabına dünyanın ən acı bibəri kimi düşüb.

Bununla belə, o, qısa müddət ərzində daha 85 ədəd yeyərək davam edib.

"Məndə güclü sancılar başladı. Sanki kimsə bağırsaqlarını sıxaraq, onları çölə çıxarır. Ağıl "dayan" deyir, lakin sən özünü davam etmək lazım olduğuna inandırırsan", - deyə o, bildirib.

Kanadalı 6 dəqiqə 49,2 saniyə nəticə ilə yeni dünya rekordu müəyyənləşdirib. Onun bir dəfə yediyi bibərlərin ümumi sayı 135 ədəddir.

Cek bildirib ki, son 20 il ərzində o, ədviyyatlı qidalara qarşı dözümlülük formalaşdırıb, lakin hələ də diskomfort  hiss edir.

BAKU.WS