SİZİN REKLAM BURADA!
055 213 76 73


Beynəlxalq Uzun Burun Çempionatında ardıcıl olaraq birinci olan və 8,8 sm uzunluğunda burnu ilə Ginnesin Rekordlar Kitabına düşən dünyanın ən uzun burunlu insanı Mehmet Özyürek vəfat edib.

Bu barədə BAKU.WS "Hürriyet"ə istinadən xəbər verir.

Məlumata görə, 74 yaşlı Özyürek Rizədə beyin damar transplantasiyası əməliyyatından əvvəl keçirdiyi infarktdan dünyasını dəyişib.

Qeyd edək ki, o, 2011-ci ildə burnu ilə Ginnesin Rekordlar Kitabına düşüb.

BAKU.WS
QALEREYA