SİZİN REKLAM BURADA!
055 213 76 73


Məşhur müğənni Ajda Pekkan mərhum millət vəkili Qənirə Paşayeva ilə bağlı paylaşım edib.

BAKU.WS xəbər verir ki, o, şəxsi instaqram hesabında Paşayeva ilə fotosunu paylaşaraq onun vəfatına görə dərin kədər hissi keçirdiyini bildirib:

"Türk dünyasının əvəzolunmaz siması, dəyərli dostum, Azərbaycanın millət vəkili Qənirə Paşayevanın vəfat xəbərini böyük hüznlə öyrəndim. Çox dəyərli bir insan idi, məkanı cənnət olsun. Başda Azərbaycanımız olmaqla bütün türk dünyasına başsağlığı verirəm".

Xatıraladaq ki, Milli Məclisin Mədəniyyət komitəsinin sədri, millət vəkili Qənirə Paşayeva Mərkəzi Klinik xəstəxanasında vəfat edib.

Siyasətçi İkinci Fəxri Xiyabanda dəfn edilib.

BAKU.WS