SİZİN REKLAM BURADA!
055 213 76 73


Müğənni Ajda Pekkan bu dəfə çoxsaylı plastik əməliyyatları ilə gündəmə gəlib.

BAKU.WS türk mətbuatına istinadən xəbər verir ki, hazırda Bodrumdakı villasında istirahət edən ifaçının daha çox üzünə görə bıçaq altına yatdığı məlum olub.

Belə ki, 75 yaşlı Ajda 3 dəfə burun əməliyyatı keçirib. Dodaqlarına 6 dəfə dolğu etdirib, 4 dəfə üz gərmə əməliyyatı keçirib. Hər 6 aydan bir üzünə botoks etdirir.

Göz qapaqlarını estetik cərrahiyə etdirib. Bunlar Ajdanın sadəcə simasına etdirdiyi əməliyyatlardır.

İfaçı müəyyən dövrlərdə bədənin müəyyən nahiyələrinə də estetik cərrahiyələr etdirib. Bunlara diz qapaqlarının gərmə, o cümlədən 2 dəfə qarın və sinə əməliyyatları daxildir.

Bununla yanaşı sənətçi qolaltında olan yağlarından da əməliyyatla azad olunub.

BAKU.WS
QALEREYA