SİZİN REKLAM BURADA!
055 213 76 73


Amerikalı müğənni Britni Spirsin komandası ona jurnalistlərlə ünsiyyət qurmağı qadağan edib.

BAKU.WS "axşam.az"a istinadən xəbər verir ki, bu qərar sənətçinin instaqramdakı paylaşımlarından sonra qəbul edilib.

Spirsin ətrafı onun asanlıqla çox şeyi deyə biləcəyini ehtimal etdiyi üçün müsahibə verməyə hazır olmadığı qənaətinə gəlib.

Sənətçiyə yaxın mənbənin sözlərinə görə, Spirs özü də media nümayəndələri ilə ünsiyyət qurmaq istəmir.

Qeyd edək ki, müğənni karyerası boyu mətbuatla dəfələrlə problem yaşayıb.

BAKU.WS