SİZİN REKLAM BURADA!
055 213 76 73


Şahzadə Dianaya məxsus məşhur qoyunlu sviteri hərracda satılıb.

BAKU.WS Türkiyə mediasına istinadən xəbər verir ki, Şahzadə Diananın ağ qoyunlar arasında tək qara qoyunun yer aldığı məşhur sviteri 31 Avqustda Nyu Yorkda Sotheby's Hərrac Evi tərəfindən 50 mindən 80 min dollara qədər satış qiyməti ilə hərraca çıxarılıb və 1,14 milyon dollara satılıb.

Təkliflərin onlayn yerləşdirildiyi hərracın qalibinin kimliyi açıqlanmayıb.

Mart ayında çardaqda tapılan sviter, son illərdə hərracda satılan Şahzadə Diana ilə əlaqəli bir çox digər əşyalardan daha yüksək qiymətə alınıb.

Şahzadə Diana bu simvolik sviteri 1981-ci ilin iyununda, o vaxt Uels şahzadəsi olan Çarlzla evlənmədən bir neçə həftə əvvəl polo matçında geyinmişdi. Jumperin dizaynı Diananın kral ailəsindəki yerinin simvolu kimi təsvir edilmişdir.

BAKU.WS