SİZİN REKLAM BURADA!
055 213 76 73


Mərhum Uels Şahzadəsi Diananın taxdığı məşhur bənövşəyi brilyant xaçı Sotheby's Royal və Noble illik kral daş-qaş hərracının satışının əsas obyekti olacaq. 

BAKU.WS xəbər verir ki, bu barədə WWD (Women's Wear Daily) məlumat dərc edib.

1920-ci illərdə Garrard zərgərləri tərəfindən yaradılmış xaçın qiyməti 80-120 min funt-sterlinqdir. Xaçın brilyantlarının ümumi çəkisi təxminən 5,25 karatdır. 

Şahzadə Diananın ölümündən sonra xaç heç vaxt ictimaiyyətə nümayiş etdirilməyib.

Hərrac yanvarın 6-dan 18-dək Londonda keçiriləcək.

Qeyd edək ki, Şahzadə bu zinət əşyasını 1987-ci ilin oktyabrında hamiləlik və doğuş zamanı qadınların hüquqlarını qorumaq üçün fəaliyyət göstərən "Birthright" xeyriyyə təşkilatının qala gecəsində taxıb.

BAKU.WS
QALEREYA