SİZİN REKLAM BURADA!
055 213 76 73


Türkiyədə yayımlanan "Kim milyonçu olmaq istəyir" verilişində 1 milyon TL-lik mükafat 5 milyon TL-yə yüksəldilib.

BAKU.WS Türkiyə mediasına istinadən xəbər verir ki, Kənan İmirzalıoğlunun təqdimatı ilə yayımlanan verilişdə "pul ağacı" yenilənib.

Həmçinin sualların sayı 12-dən 13-ə artırılıb.

Xatırladaq ki, 24 yaşlı iştirakçı Rabia Birsen Göğercin bir milyon türk lirəsi (63 300 manat) dəyərində olan sualı cavablandıraraq müsabiqənin qalibi olub. O, "Türkiyədə 81 region adında bu dörd hərfdən hansı digər üç hərfdən azdır?" sualında doğru seçim edərək müsabiqənin ən yüksək məbləğli mükafatını qazanıb.

O, ötən il sağ qolunun bir hissəsini ətçəkən maşında iş görərkən itirib və hazırda protez qoldan istifadə edir.

BAKU.WS