SİZİN REKLAM BURADA!
055 213 76 73


Türkiyənin reytinqli yarışmalarından olan "Kim milyonçu olmaq istəyər?" də 1 milyon TL qazanan Rabia Birsen Göğercinə böyük jest olub.

BAKU.WS ensonhaber.com-a istinadən xəbər verir ki, qazandığı pulla özünə estetik qol düzəltdirmək istəyən Göğercin üçün protez qol xərclərini xeyriyyəçi bir iş adamı qarşılayıb.

Ankarada yaşayan Rabia Birsen Göğercin ötən il Qurban bayramında dükançı atasına köməklik edərkən qolu ətçəkən maşına ilişib. Xəstəxanaya aparılan Güvercinin sağ əli biləyindən kəsilib. Kim milyonçu olmaq istəyir yarışmasına qatılan Güvercin 1 milyon TL dəyərində sualı cavablandırıb. Suala düzgün cavab verən Güvercin 1 milyon TL qazanıb.

Qazi Universitetinin Biologiya fakültəsinin məzunu Güvercin pulla estetik qol protezi etmək istədiyini deyincə, protez istehsal edən xeyriyyəçi bir iş adamından yardım alıb.

İş adamı Göğercinin protez xərclərini pulsuz qarşılayacağını deyib:

"Rabia qızımızı televizorda izlədim. Onun fikirlərini dinlədim. Bir ata olaraq çox təsirləndim. Mənim də o yaşlarda bir qızım var. Onun protezdən istifadə etdiyini gördüm. Çox təsirli nitqi var idi. Mən də bu işlərlə məşğul olan bir vətəndaş kimi məsuliyyət hiss etdim. Dedim ki Rabia qızımızın estetik qol protezini düzəldəcəm. Onunla əlaqə saxladım və bu məsələni müzakirə etdim. Ona bizim tərəfimizdən pulsuz veriləcəyini söylədim. Çox sevindi. Biz də çox sevindik".

BAKU.WS