SİZİN REKLAM BURADA!
055 213 76 73


Türkiyədə ağır yol qəzası olub.

Bu barədə BAKU.WS "TRT Haber"ə istinadən xəbər verir.

Məlumata görə, Van-Hakkari yolunun 90-cı kilometrliyində karqo şirkətinə məxsus yük maşını qarşıdan gələn sərnişin mikroavtobusu ilə toqquşub.

Hadisə nəticəsində 1 nəfər ölüb, 11 nəfər xəsarət alıb.

Əraziyə xilasetmə, təcili tibbi yardım və jandarm qrupları cəlb edilib.

Yaralılar ilkin tibbi yardımdan sonra Van Regional Təhsil və Araşdırma Xəstəxanasına aparılıb.

Qəza ilə bağlı araşdırma aparılır.

BAKU.WS