SİZİN REKLAM BURADA!
055 213 76 73


Türkiyədə ağır yol qəzası olub, ölən və yaralananlar var.

BAKU.WS bu barədə "Haber Global"a istinadən xəbər verir.

Məlumata görə, hadisə Ərzincan şəhərində qeydə alınıb. Sərnişin mikroavtobusunun idarəetmədən çıxaraq aşması nəticəsində 4 nəfər ölüb, aralarında uşaqların da olduğu 10 nəfər yaralanıb.

Hadisə yerinə təcili yardım, jandarm, xilasedicilər cəlb olunub.

Yaralılar təcili yardım maşınları ilə xəstəxanaya aparılıb.

Qəzaya düşənlərin toy üçün getdikləri İstanbuldan Ərzuruma qayıtdıqları bildirilib.

BAKU.WS
QALEREYA