SİZİN REKLAM BURADA!
055 213 76 73


Böyük hadisələri baş verməmişdən öncə proqnozlaşdırmağı ilə məşhurlaşan cizgi filmi Simpsonlar yeni kəhanəti ilə gündəmdədir.

BAKU.WS xarici KİV-ə istinadən xəbər verir ki, cizgi filmdə bu dəfə mütəxəssislərin aylardır çağırışlar etdiyi Mərmərə zəlzələsinin baş verməsi ilə bağlı prpqnozun olduğu iddia edilir.

Məlumata görə, Simpsonlar serialının Mərmərə zəlzələsinin də bilindiyi bir epizod ortaya çıxıb. Epizodda xəbər aparıcısı bu açıqlamanı verir: "46 mindən çox vətəndaşın öldüyü zəlzələnin baş verdiyi bölgədə daha bir zəlzələ qeydə alınıb və ölkənin Fövqəladə Hallar Agentliyi zəlzələnin 6,3 bal gücündə olduğunu bildirib".

Qeyd edək ki, məşhur Simpsonlar cizgi filmi daha əvvəl koronavirus, 11 sentyabr hücumları, kripto pul, Donald Trampın prezidentliyi kimi mövzularda öncəgörücülük etmişdi. Serialın hətta Ukrayna-Rusiya müharibəsindən də xəbəri olduğu iddia edilir.

BAKU.WS