SİZİN REKLAM BURADA!
055 213 76 73


İranda iki məhbus edam edilib.

Bu barədə “Azad İran” “Telegram” kanalı məlumat verib.

İranda İnsan Haqları Təşkilatının xəbərinə görə, Şiraz və Qum şəhərlərinin mərkəzi həbsxanalarında iki məhbus dar ağacından asılıb.

Məlumata görə, məhkumlar qəsdən adam öldürməkdə ittiham ediliblər.

Qeyd edək ki, İranda ötən ay ərzində 69 nəfərin edam hökmü icra edilib. Cari il ərzində isə 423 nəfərin edam hökmü həyata keçirilib.

BAKU.WS
VİDEO