SİZİN REKLAM BURADA!
055 213 76 73


Avropa Statistika İdarəsi (Avrostat) Avropa İttifaqı (Aİ) ölkələrində ailələrini tərk edən gənclərin orta yaş həddi ilə bağlı 2022-ci il məlumatlarını açıqlayıb.

BAKU.WS xəbər verir ki, avropalı gənclər orta hesabla 26,4 yaşında ailələrindən ayrı yaşamağa başlayırlar.

Məlumata görə, Avropada kişilər orta hesabla 27,3, qadınlar isə 25,4 yaşında ailələrindən ayrı yaşamağa başlayıblar. Beləliklə, kişilər ailələri ilə daha çox yaşamış olurlar.

Finlandiya Avropa İttifaqı ölkələri arasında gənclərin ən erkən yaşda evi tərk etdiyi dövlətdir. Finlandiyada gənclər orta hesabla 21,3 yaşında valideynlərindən ayrılıblar.

Finlandiyanı 21,4 yaşında İsveç, 21,7, Danimarka və  Estoniyada 12.7, Hollandiyada 23, Fransada 23,4, Almaniyada isə 23,8 yaşında gənclər öz evlərini qururlar. Xorvatiyada yaşayanlar ən qoca yaşlarında öz evlərinə gedirlər. Öz evini qurmaq yaşı Xorvatiyada 33,4, Slovakiyada 30,8, Yunanıstanda 30,7, Bolqarıstan və İspaniyada 30,3, Maltada 30,1, İtaliyada 30 olub.

BAKU.WS