SİZİN REKLAM BURADA!
055 213 76 73


İranda daha iki professor müəllim və tələbələrə qarşı repressiyalara etiraz etdiklərinə görə cəzalandırılıblar.

Bu barədə “Azad İran” “Telegram” kanalı xəbər verib.

Bildirilir ki, rejimin Təhsil Nazirliyi müəllim və professorların işdən çıxarılması ilə bağlı məlumatları təkzib etməsinə baxmayaraq, Tehran İncəsənət Universitetinin iki professoru işdən uzaqlaşdırılıb.

Belə ki, ali məktəbin nəzəri elmlər və ali tədqiqatlar fakültəsinin professoru Əmir Maziyar və fəlsəfə kafedrasının professoru Məsud Olyanın fəaliyyətinə son qoyulub.

Xatırladaq ki, bir müddət öncə İbrahim Rəisi hökuməti dövründə 110 universitet professorunun işdən kənarlaşdırılması barədə məlumat verilib.

BAKU.WS
VİDEO