SİZİN REKLAM BURADA!
055 213 76 73


Braziliyanın məşhur sosial media fenomenlərindən biri olan 33 yaşlı Larisa Borxes infarktdan dünyasını dəyişib.

BAKU.WS xarici mediaya istinadən xəbər verir ki, bu barədə məlumatı onun ailəsi təsdiqləyib.

Borxes bir həftə komada qaldıqdan sonra vəfat edib.

Məlumata görə, fenomen bu ay iki dəfə infarkt keçirib.

Qeyd edək ki, Borxesin "Instaqram"da 33 mindən çox izləyicisi var idi. O, tez-tez məşq prosesləri, Braziliyadakı gündəlik həyatı və etdiyi səyahətlər haqqında yazırdı.

BAKU.WS
QALEREYA