SİZİN REKLAM BURADA!
055 213 76 73


İranın şimal-qərbində iki gün ərzində baş verən daşqınlar nəticəsində azı 357 nəfər zərər çəkib, 3 nəfər isə ölüb.

“Report” xəbər verir ki, bu barədə “Mehr” agentliyi İran Qızıl Aypara Cəmiyyəti yanında xilasetmə xidmətinin rəhbərinə istinadən məlumat yayıb.

Məlumata görə, 241 nəfər müvəqqəti yerləşdirmə mərkəzlərindədir. Zərərçəkənlərdən biri təbii fəlakət sonrası daşqında boğulub, digər iki nəfər isə ildırım vurması nəticəsində ölüb.

Daşqına güclü yağışlar səbəb olub. Xilasetmə əməliyyatları hələ də davam edir. Daşqın zonasından 30 evin sakinləri təxliyə edilib.

BAKU.WS