SİZİN REKLAM BURADA!
055 213 76 73


Türkiyədə güclü zəlzələdə evi dağıntılar altında qalan Ali Çetinkaya və ailəsi Mersinin Mut bölgəsində bir evə yerləşdirilib. 

BAKU.WS Türkiyə KİV-ə istinadən xəbər verir ki, Çetinkaya zəlzələdən sonra ailəsinin izini itirib. Daha sonra, ailəsini tapmaq üçün Qızıl Aypara Cəmiyyətinə müraciət edib.

"Telefonum olmadığı üçün ailəmlə əlaqə saxlaya bilmədim. Sonra onların Mutda olduğunu öyrəndim. Bura ailəmin yanına gəldim", - A.Çetinkaya deyib.

Onun sözlərinə görə, Qızıl Aypara Cəmiyyəti onu və ailəsini yorğan, döşək və digər əşyalarla təmin edib. Aliyə verilən yastıqdan isə qızıl çıxıb:

"Qızıl Aypara Cəmiyyəti mənə kömək etdi. Qalmağa yer, yoğan, döşək verdilər. Axşam evə gedib başımı yastığa qoyanda özümü narahat hiss etdim. Yastığı açıb içində baxanda bir qab qızıl tapdım. Səhər Qızıl Aypara Cəmiyyətinə gəldim, tapdığım qızılları onlara təqdim etdim".

BAKU.WS
VİDEO